Modern.az

Aİ Ukraynaya döyüş təyyarələri verəcək

Aİ Ukraynaya döyüş təyyarələri verəcək

Dünya

28 Fevral 2022, 07:44

Avropa İttifaqının ayrı-ayrı üzv dövlətləri Ukraynanı döyüş təyyarələri ilə təmin edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

 

"Təbii ki, biz silahlar, döyüş təyyarələri təqdim edəcəyik. Hətta döyüş təyyarələri də təqdim edəcəyik. Biz təkcə döyüş sursatı haqqında danışmırıq. Biz müharibəyə göndərmək üçün daha vacib silahlar veririk", - deyə J.Borrel bildirib.

 

Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba qırıcılara və döyüş təyyarələrinə ehtiyacları olduğunu qeyd edib: "Söhbət hansı tip təyyarələrdən getdiyini bilirik və bəzi üzv ölkələrdə belə təyyarələr var".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu