Modern.az

Ukrayna Avropa İttifaqına üzv olacaq

Ukrayna Avropa İttifaqına üzv olacaq

Dünya

28 Fevral 2022, 08:24

Ukrayna Avropa İttifaqına daxil olmalıdır.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Euronews" telekanalına müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

 

"Ukrayna artıq bəzi proseslərə daxil edilib. Məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq. Bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa İttifaqında görmək istəyirik", - deyə o qeyd edib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski də Ursula fon der Leyen ilə söhbəti zamanı Kiyevin Avropa İttifaqına üzvlük perspektivlərini müzakirə edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu