Ağ Ev Belarusun hərəkətlərini diqqətlə izləyir və Belarus qüvvələrinin Ukraynaya müdaxiləsində Rusiyaya qoşula biləcəyi xəbərləri fonunda ölkəyə qarşı daha çox sanksiyalar tətbiq etməyə hazırdır.
Modern.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəsmisi bildirib.
“Biz demişdik ki, Belarus Rusiyanın Ukraynadakı təcavüzünə nə dərəcədə yardım və dəstək verməyə davam edərsə, onlar da nəticələrlə üzləşəcəklər”, - deyə ABŞ rəsmisi Minskə xəbərdarlıq edib.
Turqay Musayev