Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmları Vladimir Putinə telefonla zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Qeyd olunub ki, Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıqlar aparıb.
Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Makron danışıqlarının keçirildiyini təsdiqləyib.
"RİA Novosti" agentliyinin məlumatına görə, Putin Makrona deyib ki, Ukrayna ilə bağlı nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa, mümkündür. Bu maraqlara Krım üzərində Rusiyanın suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası, Ukraynanın neytral statusunun təmin edilməsi daxildir.
Akif İsmayılov