Modern.az

Aİ-dən Ukraynaya 450 milyon avroluq hərbi dəstək

Aİ-dən Ukraynaya 450 milyon avroluq hərbi dəstək

Dünya

28 Fevral 2022, 19:38

Avropa İttifaqı (Aİ) Ukrayna ordusuna 450 milyon avro məbləğində silah-sursat və 50 milyon avro məbləğində ləvazimat və avadanlıq verəcək.

 

Modern.az xəbər verir ki, müvafiq qərar Aİ-nin rəsmi jurnalında (OJEU) dərc olunub.

 

Qeyd olunur ki, bu qərar Ukrayna Silahlı Qüvvələrinin potensialını və dayanıqlılığını artırmaq məqsədilə verilib.

 

Bundan başqa, Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, təşkilat Madriddəki peyk mərkəzindən Ukraynada Rusiya qoşunlarının hərəkəti ilə bağlı kəşfiyyat məlumatları təqdim etməyi xahiş edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu