Modern.az

Ağ ev: Rusiya Kiyevi ələ keçirmək istəyir

Ağ ev: Rusiya Kiyevi ələ keçirmək istəyir

1 Mart 2022, 00:19

Rusiya Federasiyası Kiyevi ələ keçirmək niyyətindədir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Cen Psaki bildirib.

 

Onun fikrincə, Rusiya Ukraynanın paytaxtını ələ keçirməyə çalışır.

 

"Bizim qiymətləndirməmiz dəyişməyib, Rusiya, prezident Putin və hərbçilər Kiyevi ələ keçirmək istəyirlər və onlar irəliləyiş əldə etməkdə davam edirlər", - deyə Psaki ABŞ-ın rəsmi mövqeyini açıqlayıb.

 

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden Ukrayna ərazisi üzərində uçuşa qadağa zonası yaratmaq fikrincə deyil.  ABŞ rəhbərliyinin fikrincə, belə bir addım Rusiya ilə münaqişəyə səbəb ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu