Modern.az

Zelenski Rusiya ilə danışıqlar üçün ŞƏRT QOYDU

Zelenski Rusiya ilə danışıqlar üçün ŞƏRT QOYDU

1 Mart 2022, 20:38

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar aparmaq üçün ilkin şərt irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Zelenski danışıqlar masasında oturmaq üçün ilk növbədə atəşi dayandırmaq lazımdır deyib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüş təxminən 6 saat davam edib. Danışıqların ikinci raundunun martın 2-də keçirilməsi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu