Modern.az

Kiyevdə teleqüllənin vurulması nəticəsində 5 nəfər ÖLÜB

Kiyevdə teleqüllənin vurulması nəticəsində 5 nəfər ÖLÜB

1 Mart 2022, 20:58

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən teleqülləni vurması nəticəsində beş nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter" hesabında yazıb.

 

“Babi Yarın eyni yerinə bomba düşəndə dünya susursa, 80 il “bir daha heç vaxt” deməyin nə mənası var? Tarix təkrarlanır”, - deyə Zelenski bildirib.

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bununla bağlı paylaşım edib:

 

“Yenicə Rusiya raketi ilə vurulan Kiyev teleqülləsi Babi Yar ərazisində yerləşir. 1941-ci il sentyabrın 29-30-da nasistlər burada 33 mindən çox yəhudini qətlə yetiriblər. 80 il sonra rus nasistləri ukraynalıları məhv etmək üçün eyni ərazini vururlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu