Modern.az

Nazarbayevin qızının deputat səlahiyyətinə XİTAM VERİLDİ

Nazarbayevin qızının deputat səlahiyyətinə XİTAM VERİLDİ

2 Mart 2022, 09:07

Qazaxıstan parlamentinin Məclisi (aşağı palatası) plenar iclasda ölkənin eks-prezidentinin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərarı təsdiqləyib.

 

Modern.az Qazaxıstan mediasına istinadən məlumat verir ki, ötən gün keçirilən iclasda 101 deputatdan 99-u səsverməyə çıxarılan sənədin lehinə səs verib.

 

Fevralın 25-də respublikanın Mərkəzi Seçki Komissiyası Nazarbayevanın müraciəti əsasında onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklifi Məclisə təqdim etmək qərarına gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu