Modern.az

“Nüvə savaşı dağıdıcı olacaq” - Lavrovdan xəbərdarlıq

“Nüvə savaşı dağıdıcı olacaq” - Lavrovdan xəbərdarlıq

2 Mart 2022, 14:16

“Üçüncü Dünya müharibəsi baş verərsə, nüvə savaşı dağıdıcı olacaq”

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Aljazeera” telekanalına müsahibəsində bildirib.

 

“Üçüncü Dünya müharibəsi dağıdıcı nüvə müharibəsi olacaq. İdmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə qarşı sanksiyalara hazır idik”, -  nazir çıxışında deyib.

 

Lavrov Vaşinqtonun Moskvaya tətbiq etdiyi sərt sanksiyalara alternativin Üçüncü Dünya müharibəsi olacağını deyən ABŞ prezidenti Co Baydenin sözlərinə də diqqət çəkib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu