Modern.az

Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti açıqladı

Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti açıqladı

Dünya

2 Mart 2022, 16:36

“Ukrayna ərazisində Rusiyanın apardığı təbliğat artıq təsirini itirir. Bəzi istiqamətdə rəqib fəaliyyətini dayandırıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Rusiya işğalçıları Malın və İrpin istiqamətində böyük itki verib və hücumun sürətini azaldıb. Jitomir istiqamətində Qoreniçi, Şpıtka, Petruşkada hücumu inkişaf etdirməyə cəhd göstərsələr də, dayanmağa məcbur olublar. Borodyanka, Katyujanka rayonlarında və Qavronsk vilayətində də düşmən məyus olub.

 

Düşmən Çerniqov istiqamətində də dayandırılıb. Nijin istiqamətində Yeni Basan, Kozelesdə düşmən məskunlaşıb. Düşmənin 1-ci və 2-ci ordu korpusları və 8-ci ordusu Donetsk və Luqansk vilayətlərində irəliləməyə cəhd göstəriblər, amma hədəflərinə çatmayıb, Mariupolda qarşıları alınıb.

 

Qara dəniz zonasında Rusiya işğalçıları Ukraynanın Zatoka və Odessa sahil şəhərlərinə qarşı desant əməliyyatına hazırlaşmağa davam edirlər”, - nazirlikdən bildirilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu