Modern.az

“BMT-nin səmərəli fəaliyyətinin tərəfdarıyıq” - Nazir

“BMT-nin səmərəli fəaliyyətinin tərəfdarıyıq” - Nazir

Dünya

2 Mart 2022, 18:48

“Azərbaycan BMT-nin səmərəli fəaliyyətinin tərəfdarıdır. Ölkə BMT Nizamnaməsinin prinsiplərinə, BMT orqanları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi, digər hüquq müdafiəsi mexanizmləri ilə qarşılıqlı dialoqa və hörmətə əsaslanan əməkdaşlığa sadiqdir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları Şurasının 49-cu iclasında videoformatda çıxışı zamanı deyib.

 

XİN başçısı xatırladıb ki, bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 ili tamam olur.

 

Nazir, həmçinin əlavə edib ki, Azərbaycan etibarlı və məsuliyyətli qlobal qurum kimi BMT-nin İnsan Hüquqları Şurasına dəstəyini davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu