Modern.az

Kuleba Blinkenlə danışıqlar apardı: Silaha ehtiyacımız var

Kuleba Blinkenlə danışıqlar apardı: “Silaha ehtiyacımız var”

Dünya

2 Mart 2022, 20:15

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

 

"Blinkenlə Rusiya Ukraynaya qarşı müharibəni dayandırana və qüvvələrini çıxarana qədər bu ölkəyə qarşı əlavə sanksiyalarla bağlı telefon danışığımız oldu. Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün əlaqələndirilmiş səylər barədə də danışdıq. Mən Ukraynanın, xüsusən də Hərbi Hava Qüvvələrimizin əlavə silah tədarükünə ehtiyacını vurğuladım", - deyə nazir qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu