Modern.az

16 ölkədən Ukraynaya könüllü döyüşçülər gəlir

16 ölkədən Ukraynaya könüllü döyüşçülər gəlir

Dünya

2 Mart 2022, 20:56

“Artıq dünyanın 16 ölkəsindən Ukraynaya könüllülər gəlir”.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Nikolay Kuleba deyib.

 

O bildirib ki, 86 ölkə və 15 beynəlxalq təşkilat anti-müharibə koalisiyasına qoşulub.

 

"19 ölkə Ukraynaya silah verir, onlardan bir neçəsi bunu öz tarixində ilk dəfə edir. 10 ölkə makromaliyyə yardımı edir, 22 ölkə humanitar yardım edir, artıq dünyanın 16 ölkəsindən Rusiyaya qarşı Ukrayna xalqı ilə çiyin-çiyinə döyüşməyə hazır olan könüllülər gəlir. Onların ümumi sayı artıq min nəfəri keçib və müraciətlər daxil olmaqda davam edir”, - deyə Kuleba qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu