Rusiya və Ukrayna arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müzakirələr sabah baş tutacaq.
Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, tərəflər Belovejskdə danışıqlar aparmaq barədə birgə qərar qəbul ediblər.
"Ukrayna nümayəndə heyəti artıq Kiyevi tərk edib və yoldadır. Biz sabah onları gözləyirik", - deyə Medinski bildirib.
Daha öncə Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Belarusa gəlib.
Qeyd edək k, fevralın 28-də Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. İlk görüş təxminən 6 saat davam edib.