Rusiya Müdafiə Nazirliyi Ukraynaya hücum zamanı ölən hərbi qulluqçularının sayını açıqlayıb.
Modern.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ukraynada gedən döyüşlərdə indiyədək Rusiya tərəfindən 498 nəfər həlak olub, 1597 nəfər isə yaralanıb.
Məlumatda, həmçinin bildirilib ki, Ukrayna tərəfinin əməliyyatlarda 2870-dən çox itkisi var.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi isə Rusiyanın itkilərinin daha çox olduğunu bəyan edib. Belə ki, nazirliyin bu gün yaydığı məlumata əsasən, müharibənin 7 günü ərzində Rusiya ordusu döyüşlərdə təxminən 5840 nəfər itki verib.
Həmçinin oxuyun:
Ukrayna Rusiyanın itkilərini AÇIQLADI