Modern.az

“Bayraktar AKINCI”nın ilk uçuşu uğurlu alındı - VİDEO

“Bayraktar AKINCI”nın ilk uçuşu uğurlu alındı - VİDEO

Dünya

2 Mart 2022, 22:18

Türkiyənin “Baykar” şirkəti tərəfindən tamamilə yerli və milli imkanlarla hazırlanan “Bayraktar AKINCI” TİHA-nın B modelinin ilk test uçuşu müvəffəqiyyətlə yerinə yetirilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial şəbəkə hesabında paylaşım edib.

 

Bildirilib ki, Bayraktar AKINCI B sinfinin ən güclü və döyüş qabiliyyəti ən yüksək döyüş təyyarəsi kimi xidmət edəcək.

 

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda yerləşən Tədris və Test Mərkəzində həyata keçirilən sınaq uçuşu zamanı TİHA 1 saat 16 dəqiqə havada qalıb.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu