Ukrayna Prezidenti Volodimir Zelenski ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Zelenski tvitter hesabında məlumat paylaşıb.
“Regiondakı gərgin təhlükəsizlik vəziyyətini müzakirə etdik. Biz humanitar məsələlərdə əməkdaşlığa razılaşdıq. Əlaqədəyik”, - deyə Prezident vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə də telefon söhbəti olmuşdu.