Modern.az

Zelenski Rusiya ordusunun itkilərini AÇIQLADI

Zelenski Rusiya ordusunun itkilərini AÇIQLADI

Dünya

3 Mart 2022, 07:36

Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında xalqa növbəti dəfə müraciət edib. O müraciətində Rusiya ordusunun itkilərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, müraciətin videogörüntüsü Ukrayna dövlət başçısının teleqram kanalında yayımlanıb.

 

"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski bildirib.

 

Prezident deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Amma biz onları saxladıq və əzdik”.

 

Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: "Onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər".

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu