Modern.az

Türkiyə daha 404 vətəndaşını Ukraynadan çıxardı

Türkiyə daha 404 vətəndaşını Ukraynadan çıxardı

3 Mart 2022, 08:28

Türkiyə Ukraynadan daha 404 vətəndaşını təxliyə edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu tviter hesabına yazıb.

 

Çavuşoğlunun sözlərinə görə, təxliyə edilən Türkiyə vətəndaşlarının sayı artıq 8 454 nəfərə çatıb.

 

Nazir, həmçinin qeyd edib ki, bundan qabaq Ukraynadan təxliyə edilən Türkiyə vətəndaşları Buxarest və Varşavadan "Türk Hava Yolları"nın reysi ilə ölkəyə gətirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı