Modern.az

Amerikalı cütlük 4 günlük körpə ilə Ukraynadan piyada qaçdı

Amerikalı cütlük 4 günlük körpə ilə Ukraynadan piyada qaçdı

3 Mart 2022, 09:50

Amerikalı cütlük Jessie və Jacob Boeckmann keçən ay qızlarının Ukraynada dünyaya gəlməsi üçün Kiyevə gediblər. Lakin doğuşdan iki gün sonra Rusiya tərəfindən işğal başlayan kimi Cessi mərmi səsinə oyanıb.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, onlar ABŞ-ın oradakı müvəqqəti səfirliyinə çatmaq üçün Lvov şəhərinə getməyə çalışıb, lakin böyük bir blokada altı saatlıq yolu 27 saatlıq sürünməyə çevirib.

 

Cütlük yolda olarkən səfirliyin bağlı olduğunu öyrənib.

 

Sərhəddən təxminən 20 kilometr məsafədə nəqliyyatın hərəkətinin dayandığını görüblər. Soyuq bir gündə, saatlarla maşında çətinliklə heç bir hərəkət etmədən oturduqdan sonra seçim etməli olurlar: gözləmək və ya piyada getmək.

 

Yakob CNN-ə deyib ki, gecədən əvvəl sərhədə çatmaq üçün yeganə fürsət yeriyərək getməyi seçiblər:

 

"Qızımızın 4 günlük olması ilə bağlı ən böyük narahatlığımız hipotermiya idi. Həqiqətən soyuq idi. Amma biz hiss edirdik ki, o zaman hərəkətə keçməsək, nə qədər gözləməli olacağımız müəmmalı qalacaq”.

 

Beləliklə, körpə Vivianı bərk-bərk bürüyərək getməyə başladılar.

 

Yakob bildirib ki, nəhayət, sərhədə çatdıqda, minlərlə insanın yığıldığını və ölkəni tərk etməyə çalışdığını görüblər.

 

Qadınlar və uşaqlara üstünlük verildiyi üçün Jessie və körpə xəttin önünə keçərək Polşaya daxil olub, Yakob isə saatlar sonra ayrıca keçə bilib.

 

Ailə hazırda Kaliforniyada təhlükəsiz evdədir.

 

 

Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu