Rusiya Federasiyasının qoşunları Sumı vilayətinə raket zərbəsi endirib.
Modern.az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat yayıb.
"Biz bu gün 27-ci artilleriya briqadamızın, Sumi Dövlət Universitetinin hərbi kafedrasının ərazisinə edilən güclü raket hücumuna oyandıq", - Jivitski bildirib.
O qeyd edib ki, xəsarət alanların sayı 5 nəfərdir.