Modern.az

Rusiya-Ukrayna danışıqlarının vaxtı yenidən DƏYİŞDİRİLİR

Rusiya-Ukrayna danışıqlarının vaxtı yenidən DƏYİŞDİRİLİR

3 Mart 2022, 11:34

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar Belovejskaya Puşçadan başqa yerdə, Brest vilayəti daxilində keçirilə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyindən məlumat verilib.

 

"Belovejskaya Puşçadan danışıqlar təxirə salına bilər, lakin hər şey Brest vilayətinin hüdudları daxilində qalır. Hələlik vaxtla bağlı heç bir aydınlıq yoxdur", - nümayəndəlik bildirib.

 

Danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia daha əvvəl Belovejskaya Puşçada Rusiya Federasiyası ilə danışıqların aparılmayacağını, təfərrüatların sonra açıqlanacağını bildirmişdi. 

 

Çərşənbə axşamı Vladimir Zelenskinin ofisi Ukrayna nümayəndə heyətinin danışıqlara getdiyini elan edib və Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski Kiyev nümayəndələrinin cümə axşamı səhər gəlməsinin gözlənildiyini bildirib. Eyni zamanda o, bəyan edib ki, Rusiya tərəfi Ukrayna nümayəndə heyətinin logistika problemlərinə anlayışla yanaşır. 

 

Medinski onu da qeyd edib ki, Belovejskaya Puşçanın Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar yeri kimi seçilməsi qarşılıqlı olub.

 

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ilk görüş fevralın 28-də Belarusun Qomel şəhərində keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu