Rusiyanın tanınmış siyasətçisi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin müalicəsi xəstəxanada davam edir.
Modern.az xəbər verir ki, partiyadakı mənbə “Ria Novosti”yə "o, müalicə müəssisəsində qalmağa davam edir", - deyə bildirib.
Daha əvvəl Liberal Demokrat Partiyasının mətbuat xidməti Jirinovskinin tədricən sağaldığını bildirmişdi. Amma fakt odur ki, LDP sədri xəstəxanadan çıxa bilmir.
Vladimir Jirinovski hələ fevralın əvvəlindən koronovirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib. O, artıq 1 aya yaxındır müalicə olunur.