Modern.az

Rusiya Ukraynaya başsağlığı verdi

Rusiya Ukraynaya başsağlığı verdi

3 Mart 2022, 13:57

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada müharibə zamanı həlak olan şəxslərin ailələrinə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, XİN başçısı bu barədə Rusiya və xarici mediaya müsahibəsində deyib.


“Ukraynada mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı veririk”,- Lavrov bildirib.

 

Qeyd edək ki, fevralın 24-də Kiyev vaxtı ilə saat 05:00-da Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayıb. Hazırda hərbi əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda, o cümlədən paytaxt Kiyev ətrafında davam edir. Müharibədə həyatını itirənlər arasında hərbçilərlə yanaşı çoxlu sayda mülki insanlar da var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu