Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin təkliflər bloku üç hissədən ibarətdir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski bildirib.
"Rusiya nümayəndə heyəti hazırda işləyir, çünki bizim üç hissədən ibarət təkliflər blokumuz var. Bu, hərbi-texniki, humanitar, beynəlxalq və siyasi aspektlərə aiddir", - Medinski BelTA agentliyinə açıqlamasında deyib.
Qeyd edək ki, bu gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında növbəti danışıqlar baş tutacaq.