Modern.az

“Rosneft” rəhbərinin yaxtası əlindən alındı

“Rosneft” rəhbərinin yaxtası əlindən alındı

3 Mart 2022, 15:23

Fransa hakimiyyəti “Rosneft” şirkətinin rəhbəri İqor Seçinə məxsus “Amore Vero” yaxtasını müsadirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer Twitter hesabında məlumat paylaşıb.

 

Onun sözlərinə görə, yaxta martın 3-nə keçən gecə La Siota limanında ələ keçirilib. 85 metrlik yaxta əvvələr “Şahzadə Olqa” adlanırdı. Həmin yaxtada Seçinın keçmiş həyat yoldaşı Olqa tez-tez vaxt keçirirdi.

 

Qeyd edilib ki, yaxta Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar tətbiq olunan sanksiya səbəbindən müsadirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu