Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya müraciət edib. O alyansdan Ukraynaya döyüş təyyarələri göndərməyi xahiş edib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Əgər səmanı bağlamağa gücünüz yoxdursa, mənə təyyarə verin”, - deyə Zelenski NATO-dan kömək istəyib.