Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlarda istədiyi nəticəni əldə edə bilməyib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, danışıqların üçüncü raundu keçiriləcək. Görüşün keçiriləcəyi tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, danışıqların ilk iki mərhələsi Belarusda baş tutub.
Akif İsmayılov