“Rusiya və Ukrayna xarici işlər nazirlərini görüşdürmək təşəbbüsü yaxşı ideyadır”.
Modern.az xəbər verir ki, bunu Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov deyib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna XİN başçılarını Antalya Diplomatik Forumunda görüşdürmək təşəbbüsü ilə çıxışı edib.
“Türkiyə hər iki tərəflə dialoq qurmağa qadir olan nadir ölkələrdən biridir. Hələ müharibə başlamazdan əvvəl biz hər iki xarici işlər nazirini Antalyada diplomatik forumda bir araya gətirməyi planlaşdırırdıq, lakin bu, müharibədən əvvəl idi. Biz Ukrayna və Rusiya tərəflərini nazirlər səviyyəsində bir araya gətirmək istəyirik. Lavrov dünən diplomatik forumda iştirakını təsdiqlədi, lakin mən bilmirəm ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bu şərtlərlə gələ bilər, ya yox”, - deyə Çavuşoğlu bildirib.
Xatırladaq ki, Antalyada keçiriləcək diplomatik forum martın 11-13-nə planlaşdırılır.