Ukrayna Prezidenti Volodimir Zelenski Avropa xalqlarına müraciət edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Zelenski avropalılardan Rusiyaya qarşı müharibədə Ukraynaya dəstək vermələrini xahiş edib.
O, eyni zamanda Avropa xalqlarını küçələrə çıxaraq, Rusiyaya etiraz etməyə çağırıb.
"Susmayın, küçələrə çıxın. Ukraynanı, azadlığımızı dəstəkləyin. Bu, təkcə Rusiya üzərində qələbə deyil, işığın qaranlığa qalib gəlməsidir. Bu, həm də xeyirin şər üzərində qələbəsidir. Ukraynaya dəstək olun. Əgər biz qalib gəlsək, bu, demokratiyanın, dəyərlərin və azadlığın böyük qələbəsi olacaq”, - deyə Zelenski müraciətində vurğulayıb.