Modern.az

Prezidentlər Ukraynanı müzakirə etdilər

Prezidentlər Ukraynanı müzakirə etdilər

5 Mart 2022, 18:26

Litva Prezidenti Gitanas Nauseda və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Litva Prezidenti "Twitter"də məlumat yayıb.


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın Ukraynaya təcavüzünü və Avropada pisləşən təhlükəsizlik vəziyyətini müzakirə etdik. Baltik regionu da daxil olmaqla, NATO-nun şərq cinahında müdafiənin gücləndirilməsi vacibdir. Rusiyanın Ukraynadakı mülki nüvə obyektlərinə hücumlarına beynəlxalq reaksiyanın verilməsinin vacibliyini vurğuladım", - deyə Litva Prezidenti bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu