Modern.az

ABŞ və Türkiyədən Rusiyaya ÇAĞIRIŞ 

ABŞ və Türkiyədən Rusiyaya ÇAĞIRIŞ 

Dünya

6 Mart 2022, 00:24

Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ Dövlət katibinin köməkçisi Vendi Şerman arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

 

Görüşdə ikitərəfli iqtisadi-siyasi münasibətlər və regional məsələlər, o cümlədən, Ukraynadaki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər Rusiyanın Ukraynaya qarşı hücumunun qəbul edilməz olduğunu vurğulayıb. Onlar Rusiyanı hərbi əməliyyatları dayandırmağa çağırıblar.

 

Diqqətə çatdırılıb ki, Türkiyə və ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu