Rusiya ordusu yenidən Xarkov şəhərinə aviazərbələr endirib.
Modern.az xəbər verir ki, hərbi düşərgənin bombalanması nəticəsində Ukrayna Milli Qvardiyasının 4 əsgəri həlak olub.
Məlumata görə, Rusiya qırıcıları 5-ci Slobojansk briqadasının hərbi düşərgəsini bombalayıb. Hazırda şəhərin müdafiəsi uğrunda döyüşlərin davam etdiyi bildirilir.