Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Andrey Sibiqa açıqlama verib.
O bildirib ki, Ukrayna müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıdır:
"Ukrayna prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ barədə danışmaqdan çəkinmir. Təbii ki, heç bir ultimatum olmadan və qətiyyətlə danışıqlar aparılmasını istəyirik”.