Modern.az

ABŞ NATO ölkələrinə Ukraynaya qırıcılar vermək üçün “yaşıl işıq” yandırıb

ABŞ NATO ölkələrinə Ukraynaya qırıcılar vermək üçün “yaşıl işıq” yandırıb

6 Mart 2022, 21:40

NATO üzvlərinin Ukraynaya döyüş təyyarələri göndərmək hüququ var.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CBS News”-a müsahibəsində deyib.

 

NATO üzvü olan Polşa hökumətinin Ukraynaya döyüş təyyarələri göndərə biləcəyi sualına Blinken “Onlar üçün yaşıl işıq yandırılıb” deyə cavab verib.

 

“Əslində biz indi polşalı dostlarımızla bu döyüş təyyarələrinin ukraynalılara veriləcəyi təqdirdə, onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimizi müzakirə edirik”, - deyə Blinken bildirib.

 

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlər görə, Polşa hökuməti Ukraynaya öz qırıcılarını vermək müqabilində ABŞ-dan F-16 təyyarələrini istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu