ABŞ Prezidenti Co Bayden Böyük Britaniya, Fransa, Almaniya liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı videokonfrans formatında görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Liderlər Ukrayndakı hərbi və siyasi vəziyyəti müzakirə ediblər.
Liderlər razılaşıb ki, ölkənin gələcəyi ilə bağlı istənilən danışıqda ilk növbədə ukraynalıların maraqları nəzərə alınmalıdır.
***
18:06
Böyük Britaniya, ABŞ, Fransa və Almaniya liderləri videokonfrans formatında görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Britaniya Baş naziri Boris Conson ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltzla bu gün videokonfrans formatında görüşəcəklər.
Liderlər Rusiya və Ukrayna ilə bağlı son hadisələri müzakirə edəcəklər.