Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırış edib.
Modern.az xəbər verir ki, o, bankların fəaliyyəti və SWIFT sisteminə çıxışın məhdudlaşdırılmasını vacib hesab edir.
Conson sanksiyalarla daha çox işin görüləcəyini bildirib.
"Etiraf etməliyik ki, sanksiyalarla bağlı daha çox iş görməliyik. Biz daha çox şey edə bilərik və bunu etməliyik. Dünya SWIFT, bankçılıq sahəsində daha çox şey edə bilər, fiziki şəxslərə qarşı sanksiyaların genişləndirilməsi üçün daha çox iş görülməlidir”, - deyə Baş nazir qeyd edib.