Ukraynada döyüşlərin başlamasından indiyədək 406 dinc sakin həlak olub.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Qeyd olunur ki, hərbi əməliyyatlar zamanı daha 801 nəfər yaralanıb. Ölənlər arasında 40-dan artıq qadın və 30-ya yaxın uşaq var.
İtkilərin sayının daha çox olması istisna edilmir.