Modern.az

Ermənistanda daha bir casus şəbəkəsi AŞKAR EDİLDİ

Ermənistanda daha bir casus şəbəkəsi AŞKAR EDİLDİ

Dünya

7 Mart 2022, 18:52

Ermənistanda daha bir casus şəbəkəsi aşkar olunub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmət məlumat yayıb.

 

Qeyd edilib ki, şəbəkə Ermənistanda və Qarabağda xarici kəşfiyyat xidmətləri tərəfindən yaradılıb. 

 

Şəbəkənin tərkibinə Ermənistan Silahlı Qüvvələrin müxtəlif bölmələrinin əməkdaşları, o cümlədən keçmiş hərbçilər və müxtəlif dövlət orqanlarının nümayəndələri daxildir.

 

"Ümumilikdə xəyanətdə şübhəli bilinən 16 nəfər saxlanılıb, onlardan bəziləri günahlarını etiraf edib, 10 nəfər artıq şəxs həbs edilib", - deyə məlumatda bildirilir.

 

Xatırladaq ki, fevral ayında Ermənistan Milli Təhlükəsizlik Xidməti ilk casus şəbəkəsi faktını üzə çıxardığını açıqlamışdı.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu