Rusiya Ukrayna ilə danışıqların üçüncü raundunda gözlədiyi nəticəni əldə etməyib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə heç olmasa, protokol imzalamağa ümid edirdi. Lakin heç bir sənəd imzalamaq mümkün olmayıb.
Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu keçirilib.
Rusiyadan fərqli olaraq, Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak danışıqlarda bəzi müsbət irəliləyişlərin olduğunu bəyan edib.