Modern.az

Danışıqların dördüncü raundu da Belarusda olacaq

Danışıqların dördüncü raundu da Belarusda olacaq

7 Mart 2022, 23:30

Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu da Belarus ərazisində keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski məlumat verib.

 

"Bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı. Təbii ki, bu sənədlər üzərində iş çox yaxın vaxtlarda davam etdiriləcək", - deyə Slutski bildirib.

 

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqlar ciddi şəkildə gedir və ən qısa müddətdə davam etdiriləcək.

 

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu keçirilib. 

 

Həmçinin oxuyun:

Rusiya danışıqlardan gözlədiyi nəticəni əldə etməyib

“Danışıqlarda müsbət irəliləyişlər var” - Podolyak

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu