İran Ukraynada vəziyyətin gərginləşməsi fonunda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşıdır.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iranlı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı deyib.
“Nazir Əmir Abdullahian həm müharibənin, həm də sanksiyaların tətbiqinin əleyhinə olduğunu vurğulayıb, qeyd edib ki, İranın heç bir ölkə ilə, o cümlədən Rusiya ilə əməkdaşlığına sanksiyalarla bağlı vəziyyət təsir etməməlidir”, - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.