Modern.az

Ukraynada Rusiyanın daha iki təyyarəsi vurulub

Ukraynada Rusiyanın daha iki təyyarəsi vurulub

7 Mart 2022, 23:58

Kiyev səmasında Rusiyaya məxsus daha iki təyyarə vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib. 

 

Bununla da Ukraynada davam edən müharibədə vurulan Rusiya təyyarələrinin sayı 46-ya çatıb. 

 

Qeyd edək ki, bu gün Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir helikopterini də vurub. Ümumilikdə isə indiyədək Rusiyanın 68 helikopteri məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu