Modern.az

Yaponiya Rusiyaya etirazını bildirdi

Yaponiya Rusiyaya etirazını bildirdi

8 Mart 2022, 08:55

Yaponiya hökuməti bu ölkənin adının dost olmayan ölkələr siyahısına daxil edildiyinə görə Rusiyaya etirazını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

 

“Yaponiyanın Rusiya tərəfindən dost olmayan ölkə kimi elan edilməsi təəssüf doğurur və biz bununla əlaqədar etirazımızı bildirmişik”, - baş katib deyib.

 

Xatırladaq ki, Rusiya hökuməti martın 7-də bu ölkəyə və onun vətəndaşlarına qarşı dost münasibəti göstərməyən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib. Siyahıda Yaponiya da yer alıb. 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu