Modern.az

Ruslar mülki əhalini bombaladı - Uşaqlar öldü

Ruslar mülki əhalini bombaladı - Uşaqlar öldü

8 Mart 2022, 09:30

Ukraynanın Sumı şəhəri və ətraf rayonlara aviazərbələr endirilib. Hava hücumlarının qurbanları arasında uşaqlar da var.

 

Modern.az xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasına rəhbərlik edən Dmitri Jivitski sosial şəbəkə hesabında məlumat paylaşıb. 

 

Bildirilib ki, ötən gün axşam saat 23:00-dan sonra Rusiyanın döyüş təyyarələri şəhərin şimal-şərq hissəsinə zərbələr endirib. 

 

“Təəssüf ki, həlak olanlar arasında uşaqlar da var” - Jivitski deyib.

 

Ümumilikdə isə 10-dan çox insan Rusiyanın hücumunun qurbanı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu