Modern.az

Kadırov yaponların hədəfində - Siyahıda Peskov da var

Kadırov yaponların hədəfində - Siyahıda Peskov da var

8 Mart 2022, 09:48

Yaponiya Ukrayna ətrafındakı vəziyyət və Rusiyanın hərbi əməliyyatı ilə əlaqədar iş adamları, habelə rəsmilər də daxil olmaqla daha 20 rusiyalıya qarşı sanksiya tətbiq edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc edilib. 

 

Siyahıya Kremlin mətbuat katibi Dmitri Peskov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak və Çeçenistan rəhbəri Ramzan Kadırov daxildir.

 

Bundan əlavə Rotenberq qardaşları, Gennadi Timçenko və Əlişir Usmanov da daxil olmaqla bir sıra rusiyalı iş adamları "qara siyahı"ya salınıb. Eyni zamanda İnternet Araşdırmaları Agentliyi və Vaqner qruplaşması da sanksiyalara məruz qalıb.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu