Modern.az

Hazırda Kiyevdə vəziyyət necədir?

Hazırda Kiyevdə vəziyyət necədir?

8 Mart 2022, 13:35

Ukrayna paytaxtında martın 7-dən 8-nə keçən gecə sakit keçib. Bu gün şəhərdə mağazalar, apteklər işləyir, bütün kommunal infrastruktur və tibb müəssisələri fəaliyyət göstərir.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznik bildirib.

 

Onun sözlərinə görə, Kiyevə elektrik enerjisi, istilik və su verilir, infrastruktur işləyir, rabitə əlaqəsi təmin olunur. Bundan əlavə, yerüstü nəqliyyat saat 08:00-dan müəyyən marşrutlar üzrə xəttə buraxılıb, metropoliten daşıma rejimində işləyir.

 

Eyni zamanda Kiyevdə humanitar qərargah fəaliyyətini davam etdirir.

 

“Bütün xəstəxanalar döyüş rejimində çalışır, səhiyyə müəssisələri həm sakinlərə, həm də yaralılara tibb yardım göstərmək üçün zəruri olan hər şeylə təmin edilib”, - Kiyev merinin birinci müavini deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu