"Bu gün Türkiyə şimalında və cənubunda, şərqində və qərbində bütün qeyri-stabilliyə rəğmən hədəflərinə doğru qərarlılıqla irəliləyə bilirsə, demək ki, bunun təməlində siyasi iradə var".
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Türkiyə əgər Liviyada və Azərbaycanda, Qarabağda qardaşlarının imdadına yetişə bilirsə, deməli, güclü iradəmiz var", - Ərdoğan bildirib.