Modern.az

Bayden Rusiyadan neft-qaz idxalına qadağa qoydu - YENİLƏNİB

Bayden Rusiyadan neft-qaz idxalına qadağa qoydu - YENİLƏNİB

8 Mart 2022, 20:45

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyadan neft və qaz idxalını dayandırır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden məlumat verib. 

 

Ağ ev rəhbəri bununla Rusiyaya qarşı cəza tədbirlərini gücləndirib.

 

“Bu qərarı Konqresin hər iki palatası və bütün ölkə dəstəkləyir”, - Bayden çıxışında deyib. 

 

Məlumata görə, Bayden ABŞ-a Rusiya neftinin, maye qaz və kömürün idxalına qadağanı nəzərdə tutan fərman imzalayacaq. Fərmana əsasən Rusiyanın enerji sektorunda Amerika investisiyalarına, Rusiyada enerji daşıyıcıları hasilatına sərmayə yatıran xarici kompaniyaların maliyyələşdirilməsinə də qadağa qoyulacaq.

 

***

18:28

 

ABŞ prezidenti Co Bayden Ukraynaya hücum etdiyinə görə, bu gün Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Sanksiyalarla bağlı Baydenin çıxış edəcəyi planlaşdırılır.

 

ABŞ mətbuatına danışan yüksək səviyyəli amerikalı rəsmilər Baydenin Rusiyadan neft idxalına qadağa qoyacağını bildirib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu